"Səbail" daha yaxşı yerlərdə olmağa layiq komandadır"

14:34 - 9 İyun 2023

"Səbail"in yeni transferi Rüfət Abdullazadə paytaxt klubunun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "dənizçilər"in daha yaxşı yerlərü layiq komanda olduğunu bildirib:

"Səbail" ilə müqavilə bağladığım üçün şadam. Ümid edirəm ki, iki tərəf üçün də uğurlu olar. Əsas məqsədim komandama kömək etməkdir. Potensialımız var, "Səbail" daha yaxşı yerlərdə olmağa layiq komandadır. Əlimizdən gələni edərək komandaya kömək etməyə çalışacağıq".

Qeyd edək ki, "Səbail" Rüfət Abdullazadə ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti