“Bu klub mövsümün ən böyük fiaskosudur”.
“Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğlu “Səbail”in builki çıxışına belə qiymət verib.
Tanınmış telejurnalist Premyer Liqada yerini yalnız son turda təmin edən “dənizçilər”in idarəçiliyini kəskin tənqid edib.
O, idman direktoru Fərəc Əliyevin ünvanına kifayət qədər ciddi iradlar səsləndirib:
“Səkkiz milyon manatdan artıq büdcəyə Premyer Liqada güc-bəla ilə qalmaq, sadəcə, biabırçılıqdır. Klubun sponsoruna adamın yazığı gəlir.
ASCO “Səbail”ə az qala bir tankerin pulunu xərcləyir. Amma klubu kimlər idarə edir? AFFA-nın adamları.
Əsas da “Farik” ləqəbli icraçı director Fərəc Əliyev.
Bu adamın idarəçiliyi ötən ilin mayında Aftandil Hacıyevlə müqavilə bağlayıb, 10 gün sonra onu istefaya göndərəndə bəlli olmuşdu.
İndi də qış təlim-məşq toplanışına Antalyada heç kimin xərcləmədiyi qədər pul idraf etməsi dillərdə gəzir.
Nəyə lazım idi o qədər xərc ki komanda axırda sondan ikinci olsun.
Belə klub idarəçiliyinə ən yaxşı qiymət artıq komandadan gedən Qoba Zakpanın tərbiyəsiz hərəkəti idi”.
saytlarin hazirlanmasi