"Səbail"in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına açıqlama verib. O, komandadan çox sayda futbolçunun göndərilməsinə münasibət bidlirib. Təcrübəli mütəxəssis məsələ haqda bu cür danışıb:
"Yeni mövsüm öncəsi dəyişikliyə ehtiyac olduğunu düşünürdüm. Təkcə legionerlərlə deyil, yerlilərdən də yollarımızı ayırdığımız oyunçular oldu. Məncə, nəyisə dəyişmək lazım gəlmişdi. Çünki son mövsümdə axırıncı pillələrdə gedirdik. Gedənlər yaxşı oyunçular idi. Sadəcə öz komandamı yığmaq istədim. Yeni nəfəsə ehtiyac var idi".
Diniyev köməkçilərindən olmuş Azər Məmmədov "Kəpəz"ə baş məşqçi təyin olundu. O, hələ ki, yeni köməkçisinin kim olacağını aydınlaşdırmadığını bildirib: "Təyinat yeni oldu. Yəni, ayrılıq təzə baş tutub deyə, hələ bir şey yoxdur. Zaman lazımdır. Qərar verəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi