"Səbail" bir müddət əvvəl yollarını ayırdığını açıqladığı Maksim Çexi geri qaytara bilər.
Sportal.az saytına verilən məlumata görə, müqavilə ilə "Şaxtyor"a məxsus olan ukraynalı özü də Azərbaycana geri qayıtmaq istəyindədir.
Donetsk klubu Çexlə müqavilə müddətini artıracaq. Hazırda bununla bağlı danışıqlar gedir. Onunla müqavilə müddəti artırıldıqdan sonra yenidən "Səbail"ə icarəyə veriləcək. Təbii ki, bunun baş tutması üçün tərəflər arasında maliyyə məsələsində də razılıq əldə edilməlidir. Bayıl klubu Çexin maddi istəklərini qarşılasa, yeni mövsüm üçün ukraynalı Şahin Diniyevin sərəncamında olacaq.
saytlarin hazirlanmasi