Braziliya millisinin sabiq üzvü "Spartak"a doğru

13:13 - 14 İyun 2023

"Spartak" Braziliya millisinin sabiq üzvü, son illərdə "Fulhem" forması geyinən Villianı heyətinə qatmaq istəyir.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu İngiltərəni tərk edərək Moskva klubuna qoşulacaq.

"Spartak"ın braziliyalı ilə 1+1 illik müqavilə imzalayacağı gözlənilir.

"Korintians", "Şaxtyor", "Anji", "Çelsi", "Arsenal" klublarında oynamış Villian 2022-ci ildən "Fulhem" formasını geyinir.

Xəbər xətti