İngiltərə millisindən 7 cavabsız qol - VİDEO

11:43 - 20 İyun 2023

Avro-2024-ün seçmə mərhələsində 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, C qrupunda İngiltərə milli komandası doğma meydanda Şimali Makedoniya yığmasını qəbul edib. Qarşılaşma Qaret Sautqeytin yetirmələrinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən İngiltərə seçməsi qrupun lideridir. 3 xalı olan Şimali Makedoniya isə 4-cü yerdədir.

İngiltərə - Şimali Makedoniya 7:0

Qollar: Harri Keyn, 29, 73 (pen), Bukayo Saka, 38, 47, 51, Markus Reşford, 45, Kalvin Filips, 64

Xəbər xətti