Moskva "Spartak"ının futbolçusu Kuinsi Promes azadlıqdan məhrum olunub.
Sportal.az xəbər verir ki, 31 yaşlı vinger əmisi oğlunu bıçaqladığı üçün həbs cəzası alıb. Amsterdam məhkəməsi Niderland millisinin üzvü barədə 1,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Hadisə 2020-ci ilin yayında ailə üzvlərinin iştirakı ilə keçirilən məclisdə baş verib. Futbolçu qohumunu dizindən bıçaqlayıb.
Təcrübəli ön xətt oyunçusu özü məhkəmə prosesində iştirak etməyib. Niderlandda yaşamayan futbolçunu həbs etmək mümkün olmayıb.
Qeyd edək ki, Kuinsi Promes Niderland milli komandasının heyətində meydana çıxdığı 50 rəsmi matçda 7 qol vurub.
saytlarin hazirlanmasi