Coşqun Diniyevin yeni klubu açıqlandı

18:49 - 21 İyun 2023

“Səbail” yay fasiləsində növbəti transferini açıqlayıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Zirə"dən ayrılan Coşqun Diniyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Coşqun Diniyev 2021-ci ilin yayından "Zirə"də çıxış edirdi. Təcrübəli futbolçu son mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti