"Səbail" "Şamaxı"nın futbolçusunu transfer etdi

14:45 - 22 İyun 2023

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Şamaxı"dan Bahadur Həziyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Bahadur Həziyev 2020-2021-ci illər mövsümündə "Səbail-2" və "Səbail" komandalarında çıxış edib.

Qeyd edək ki, "Səbail" daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev və Coşqun Diniyevi sıralarına cəlb edib.

Xəbər xətti