"Qəbələ" təcrübəli futbolçusu ilə anlaşdı

11:11 - 24 İyun 2023

"Qəbələ" kapitanı Asif Məmmədovla müqavilə müddətini artırıb.

Sportal.az saytına verilən məlumata görə, 36 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə bir illikdir.

Məmmədov 2015-ci ilin yayından “Qəbələ”də çıxış edir. Təcrübəli futbolçu bundan əvvəl “Ədliyyə”, “MKT-Araz”, “Standart”, “İnter”(indiki “Şamaxı”), “Xəzər Lənkəran” klublarında oynayıb.
 

Xəbər xətti