Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qəbələ"də növbəti ayrılıqlar yaşanıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləsi sona çatan 2 futbolçu - müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə yollarını ayırıb.
Futbolçular 2021/22 mövsümündən “qırmızı-qara” formanı geyinirdilər. İsnik 73 oyunda 22, Ruan 72 görüşdə 4 dəfə fərqlənib. Alimi Rumıniyanın "Sepsi" klubuna keçib.
saytlarin hazirlanmasi