"Sabah"dan ayrılan Zurab Oçiqava Azərbaycanı tərk etmədi.
Sportal.az xəbər verir ki, müdafiəçi "Qəbələ" ilə müqavilə imzaladı.
İstirahət üçün ABŞ-a yollanmış ukraynalı futbolçu artıq bu gün Azərbaycana qayıdıb.
O, Bakıda qalmayıb, Qəbələyə yollanıb. Oçiqava komandanın bu gün keçiriləcək məşqində iştirak edəcək. 28 yaşlı futbolçu “İlyiçevets”, “Dinamo”(Kiyev), “Olimpik”(Donetks), “Dnepr”, “Vorskla”, “Levadiya” klublarında oynadıqdan sonra 2021-ci ildə “Sabah”a keçmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi