Azərbaycan çempionu ÇL-də bu komandalarla qarşılaşmayacaq

16:17 - 29 İyun 2023

UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümündə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən start verəcək “Araz-Naxçıvan”ın rəqibləri iyulun 5-də məlum olacaq.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, futzal üzrə Azərbaycan çempionu 5-ci səbətdə yer alacaq. Təmsilçimiz "Futsal Minerva" (İsveçrə), "Örebro" (İsveç), "Eyndhoven" (Niderland), "Radnik Biyelyina" (Bosniya və Herseqovina), "Lubaua" (Polşa), "Luçeneç" (Slovakiya) və "Dukas" (Yunanıstan) klubları ilə qarşılaşmayacaq. Çünki bu komandalar öz qruplarının birinci komandası olacaq. "Araz-Naxçıvan" da eyni mövqedə yer alacağından, onların yolu növbəti mərhələdə kəsişə bilər. Təmsilçimizin yer alacağı qrupun oyunları Latviya, Monteneqro, Albaniya, Bolqarıstan  və ya Kiprdə keçiriləcək.

Xəbər xətti