"Zenit"in futbolçusu Klaudinyo karyerasını "Flamenqo"da davam etdirə bilər.
Sportal.az "Bolavip"ə istinadən xəbər verir ki, Rusiya klubu Klaudinyo üçün braziliyalılardan yüksək məbləğ tələb edib. "Flamenqo" rəsmiləri isə bunu ödəmək istəmir. Onlar daha aşağı məbləğə Klaudinyonu transfer etmək niyyətindədir.
Braziliya klubu Klaudinyonun transfer qiymətinin aşağı salınması üçün qarşı tərəfə Viktor Huqonu da təklif edib. 19 yaşlı yarımmüdafiəçinin "Flamenqo" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.