Azərbaycan millisinin sabiq hücumçu Rüfət Dadaşov "Dinamo"ya (Berlin) keçidi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, "Berliner Kurier"a danışan forvard yeni mövsümdən gözləntilərini bölüşüb:
"Mən burada cəmi bir il oynamışam, o da 2017/2018 mövsümündə. Amma bu, evə qayıtdığımı düşünmək üçün kifayətdir. Burada çox insan tanıyıram. Xoş hissdir. Həyat yoldaşım Berlindəndir. Onunla bu şəhərdə tanış olmuşuq. Berlinə qayıdacağımızı həmişə bilirdik. Şəhərin başqa heç bir klubuna getməzdim".
Rüfət maliyyə məsələsinin o qədər də önəmli olmadığını qeyd edib: "Şalke"də daha çox qazana bilərdim. Ancaq bir nöqtədə, artıq bu, əhəmiyyət kəsb etmir. Yeni çağırış istədim. Düşünürəm ki, doğru yerdəyəm".
Azərbaycanlı hücumçu yeni mövsüm üçün hədəflərindən danışıb: "Çempion olacağımıza söz verə bilmərəm. Amma biz qələbələr naminə hər şeyi etməyə çalışacağıq. Sonda bunun necə olacağını görəcəyik. “Dinamo”ya altıncı yer uğrunda oynamaq üçün qayıtmamışam. 20 qol vuracağıma da söz verə bilmərəm. Qələbə olduqdan sonra fərqi yoxdur, beş qol vurdum, yoxsa 10 qol. Ancaq təbii ki, hücumçu kimi bu, məni razı sala bilməz".
Mirbağırağa
saytlarin hazirlanmasi