Coşqun Diniyev "Ümraniyespor"da - RƏSMİ

14:39 - 5 İyul 2023

Milli komandamızın üzvü Coşqun Diniyevin "Ümraniyespor"a keçidi rəsmiləşib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla rəsmi müqavilə imzalanıb. Amma müqavilənin detalları barədə geniş məlumat verilməyib. 

Başa çatan mövsüm Superliqanı tərk edən "Ümraniyespor" yeni sezona birinci liqada başlayacaq. 

Xəbər xətti