"Dinamo"nun baş məşqçisi Emrelinin komandada qalmasını istəyir

16:51 - 8 İyul 2023

Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi İqor Bişçan azərbaycanlı hücumçu Mahir Əmrəli komandada saxlamağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, məsələ hələ ki, tam olaraq həllini tapmayıb. Lakin Zaqreb təmsilçisinin çalışdırıcısı millimizin üzvünü sərəncamında görmək niyyətindədir. Bu barədə də, rəhbərliyi məlumatlandırıb.

İddiaya görə, Bişcan Emrelinin icarəyə verilməsini istəmir. Bir sıra klubların marağına baxmayaraq, artıq kluba uyğunlaşdığı və yeni mövsümə uğurla hazırlaşdığı üçün Əmrəli özü Xorvatiyada qalmağa etiraz etmir. Xatırladaq ki, Mahir "Jirona", "Adana Dəmirspor" və "Samsunspor"un maraq dairəsindədir.
 

Xəbər xətti