Millimizin üzvü oynadı, cəzalandırıldı

10:59 - 10 İyul 2023

Cənubi Koreya çempionatında 21-ci turun matçları baş tutub. 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Suvon"u qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan Anton sona qədər oynayıb. Matçın 59-cu dəqiqəsində Krivotsyuk sarı vərəqə ilə cəzalandırılıb. 

"Daejeon" 29 xalla 6-cı pillədədir. 

Xəbər xətti