"Eqnatiya"nın direktoru: "Vüsala bilet alınıb, bizimlə birlikdə İrəvana gedir"

12:17 - 10 İyul 2023

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Ermənistana yollanacaq.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi “Eqtaniya”nın heyətində Konfrans Liqasının birinci təsnifat mərhələsinin “Ararat”la oyunu üçün İrəvana uçacaq.

Albaniya klubunun idman direktoru Kleydi Zenelay saytımıza açıqlama verib. O, azərbaycanlının Ermənistana yollanacağının dəqiqləşdiyini bildirib:

"Bəli, Vüsal bizimlə Ermənistana gedəcək. Bu, artıq konkretləşib. Çünki onun üçün bilet alınıb. İrəvana gedəcəyi dəqiqdir. Hər halda, biz ora futbol oynamağa gedəcəyik".

Qeyd edək ki, "Ararat" - "Eqnatiya" matçı iyulun 13-də İrəvanda, 20-də isə Albaniyada keçəcək.

Mirbağırağa
 

Xəbər xətti