Azərbaycanın U-21 milli komandasının sabiq üzvü Dmitri Nağıyev Ukraynada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi "İnqulets"dən ayrılıb. Azərbaycanlı futbolçunun yeni klubu da artıq məlumdur.
Təcrübəli arxa xətt oyunçusu "Obolon"a keçib. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Kiyev təmsilçisi Nağıyevlə 1 illik müqavilə imzalayıb. O, yeni klubunda 33 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Dmitri Nağıyev 2022-ci ilin yayında "Sumqayıt"dan ayrıldıqdan sonra "İnqulets"ə transfer olmuşdu. Dmitri komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi