"Qəbələ" Moldova klubuna 4 qolla qalib gəldi

19:35 - 12 İyul 2023

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Moldovanın "Sukleya" klubu ilə qarşılaşıb. Matç Azərbaycan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ"nin qollarını İlkin Qırtımov, Murad Musayev, Omar Hani və Osama Xalayla vurub.

 

Xəbər xətti