Musa Qurbanlının komandasının potensial rəqibi müəyyənləşdi

16:37 - 24 İyul 2023

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden"in də rəqibi müəyyənləşib. İsveç təmsilçisi bu raunda yüksəlsə, "Hibernian" (Şotlandiya) - "İnter Eskaldes" (Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Yurqorden"in II təsnifat mərhələsində rəqibi İsveçrənin "Lütsern" klubudur.

Xəbər xətti