Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" Avropa Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrənin "Lütsern" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, İsveç təmsilçisi bu matçlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. Siyahıda azərbaycanlı forvardın da adı var. Baş məşqçi şans verəcəyi təqdirdə Musa avrokubok oyunlarında meydana çıxacaq.
Qeyd edək ki, "Yurqorden"lə "Lütsern" arasında ilk görüş iyulun 27-də İsveçdə, cavab qarşılaşması isə bir həftə sonra İsveçrədə baş tutacaq.
saytlarin hazirlanmasi