Türkiyə Avropa çempionatına ev sahibliyi üçün müraciət edəcək

18:50 - 28 İyul 2023

Türkiyə Futbol Federasiyası (TFF) Avropa çempionatına ev sahibliyi etmək üçün UEFA-ya rəsmi müraciət edəcək.

Sportal.az xəbər verir ki, qardaş ölkə Avro-2032-ni qəbul etməyə iddialıdır. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Türkiyə 2023-ci ildə təşkil olunacaq qitə çempionatını İtaliya ilə birlikdə təşkil etmək üçün sənədləri UEFA-ya təqdim edəcək.

Xəbər xətti