Nurlan Novruzov oynadı, komandası heç-heçə etdi

12:34 - 30 İyul 2023

Futbol üzrə Litva 1-ci liqasında 16-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi "Yonava" səfərdə "Kauno Jalgiris 2" ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Nurlan Novruzuv da bu oyunun iştirakçısı olub. 30 yaşlı forvard matça start heyətdə başlayıb və 66-cı dəqiqədə əvəzlənib.

16 turdan sonra 8 xal toplayan "Yonava" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti