Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatının II turunda "İstra"nı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı forvard matçdan sonra yerli mətbuata açıqlama verib. "İndex.hr" saytına danışan Mahir xoşbəxt olduğunu bildirib:
"Çox yaxşı oyun keçirdik. "İstra"ya qarşı həmişə olduğu kimi çətin matç gözləyirdik. Belə də oldu. Biz səfərdən 3 xalla qayıtdıq. Bütün oyunçular əllərindən gələni etdilər, o cümlədən yeni futbolçular. Xoşbəxtəm. Həm onlar üçün, həm də üç xal üçün. Oyundan əvvəl Luka İvanuşeklə ilə razılaşdıq ki, bir-birimizi tamamlayaq. Məşqçinin tələblərini yerinə yetirməyə çalışıram. İndi bizi Astanaya uzun səfər gözləyir. Yaxşı hazırlaşıb qələbə qazanmalıyıq. Rahat olmamalıyıq."
saytlarin hazirlanmasi