Ramildən qol ötürməsi, komandası darmadağınla qalib gəldi

16:53 - 30 İyul 2023

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Tailand təmsilçisi yerli "Kxonkan Yunayted"lə üz-üzə gəlib. Qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu oyunun iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb. O, bir qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti