Mahir Emreli Çempionlar Liqası matçına start heyətdə başlayır

17:21 - 2 Avqust 2023

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Qazaxıstanda "Astana"nın qonağıdır.

Komandaların bu görüşdə meydana çıxacağı start heyətlər müəyyənləşib. Mahir qarşılaşmaya ilk "11-lik"də başlayacaq.

Qeyd edək ki, "Astana" - "Dinamo" matçı Bakı vaxtilə saat 18:00-da start götürəcək. Komandalar arasında Xorvatiyada keçirilən ilk oyun zaqreblilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti