Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.
Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Astana"nın qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İki görüşün nəticəsinə görə 6:0 hesablı üstünlük əldə edən "Dinamo" III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan 26 yaşlı forvard 78-ci dəqiqədə əvəzlənib. Mahir 24-cü dəqiqədə komandasının ilk qolunu vurub.
saytlarin hazirlanmasi