Musa Qurbanlı oynadı, komandası Konfrans Liqası ilə vidalaşdı

00:47 - 4 Avqust 2023

Azərbaycan milli komandasının forvardı Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" avrokubokla vidalaşıb.

Sportal.az xəbər verir ki, Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Lütsern"ə evdə 1:2 uduzan Musanın komandası səfərdə rəqibi ilə 1:1 oynayıb. Amma bu hesab onlara növbəti mərhələyə adlamaq üçün yetməyib.

Qurbanlı meydana 38-ci dəqiqədə Oskar Falleniusun əvəzinə daxil olub.

Xəbər xətti