"Beşiktaş" millimizin sabiq üzvünü "Şerif"ə göndərdi

23:31 - 9 Avqust 2023

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Berkay Vardarı icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı yarımmüdafiəçini "Şerif"ə göndərib. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

Gənc dayaq yarımmüdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında Tiraspol təmsilçisinin heyətində keçirəcək. Futbolçu sabah Moldovaya gedərək tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Berkay Vardar Azərbaycanın U-19 millisinin üzvü olub. O, yığmamızın heyətində üç rəsmi oyunda meydana çıxıb və 1 qol vurub.

Xəbər xətti