Musa Qurbanlı: "Atam ölkəmiz və futbolumuz üçün çox şey edib"

14:55 - 11 Avqust 2023

"Yurqorden"in hücumçusu Musa Qurbanlı İsveç mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, 21 yaşlı forvard atası Qurban Qurbanov haqda danışıb. Musa atasının onun üçün nümunə olduğunu bildirib:

"O, mənim üçün nümunədir. İlk növbədə insan kimi, həm də futbolçu kimi. Tək mənim üçün deyil, ölkəmizdəki digər gənc futbolçular üçün də nümunədir. Yalnız futbol uğurlarına görə yox, həm də şəxsiyyətinə, xarakterinə görə. O, ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrətdi. Atam mənim üçün demək olar ki, hər şey deməkdir".

Xəbər xətti