Ramil Şeydayevin komandası mövsümə heç-heçə ilə başladı

19:26 - 12 Avqust 2023

Futbol üzrə Tailand çempionatında 2023/2024 mövsümünə start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" səfərdə "Khonken Yunayted"in qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Ramil Şeydayev də bu oyunun iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və sonadək meydanda qalıb.

Xəbər xətti