Renat Dadaşovun komandası səfərdə məğlub oldu

12:07 - 13 Avqust 2023

İsveçrədə Super Liqasında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Vintertur”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 24 yaşlı forvardın adı iştirak ərizəsində də yer almayıb.

Hazırda aktivində 4 xalı olan Dadaşovun komandası 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti