"Dinamo" Çempionlar Liqası matçına çıxır: Mahir ehtiyatda

21:17 - 15 Avqust 2023

Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda Yunanıstan çempionu AEK-i qəbul edir.

Komandaların bu görüşdə meydana çıxacağı start heyətlə müəyyənləşib. Mahir qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Dinamo" - AEK matçı Bakı vaxtilə saat 22:00-da başlayacaq.

Xəbər xətti