Mahir Emrelinin oynadığı matçda "Dinamo" uduzdu

23:59 - 15 Avqust 2023

Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda Yunanıstanın AEK klubunu qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə Dario Şpikiçin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 19 avqust tarixində Afinada baş tutacaq.

Xəbər xətti