Musa Qurbanlı oynadı, komandası "Malmö" ilə heç-heçə etdi

19:17 - 20 Avqust 2023

İsveç çempionatında 20-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” səfərdə "Malmö"nün qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib.

20 turdan sonra 34 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti