Mahir Emrelinin yeni baş məşqçisi bəlli oldu

18:55 - 21 Avqust 2023

Xorvatiyanın "Dinamo" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisini Sergey Yakiroviç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

46 yaşlı mütəxəssis bu gündən etibarən işinə başlayacaq. Xorvatiyalı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Sergey Yakiroviç paytaxt təmsilçisinin baş məşqçisi postunda bu gün istefaya göndərilən İqor Bişçanı əvəz edib.

Qeyd edək ki, Azərbaycan milli komandasını hücumçusu Mahir Emreli "Dinamo"da çıxış edir.

Xəbər xətti