"Dinamo" "Sparta"ya qarşı: Mahir ehtiyatda

20:56 - 24 Avqust 2023

Xorvatiyanın "Dinamo" klubu Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda Çexiya "Sparta"sını qəbul edir.

Sportal.az xəbər verir ki, komandaların bu qarşılaşmada meydana çıxacağı start heyətlər müəyyənləşib. Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli matça ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Dinamo" - "Sparta" qarşılaşması bakı vaxtilə saat 22:00-da start götürəcək.

Xəbər xətti