Mahir oynadı, "Dinamo" "Sparta"nı məğlub etdi

23:59 - 24 Avqust 2023

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Sparta"nı qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 65-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Praqada baş tutacaq.

Xəbər xətti