"Qrasshopper"də çıxış edən Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu üçün "Qaziantep" və "Sivasspor" İsveçrə klubuna təklif göndərib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Konyaspor" da Azərbaycan milli komandasının forvardını transfer etmək istəyən klublar arasındadır.
Qeyd edək ki, Renat Dadaşov "Qrasshopper"ə 2022-ci ilin yayında "Vulverhempton"dan transfer olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimidir.
saytlarin hazirlanmasi