Futbol üzrə Niderland 1-ci Divizionunda 3-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ocan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "NAK Breda"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi start heyətdə meydana daxil olub və 76-cı dəqiqədə əvəzlənib.
3 turdan sonra aktivində 4 xal olan "Eyndhoven" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi