Musa Qurbanlı: "Möhtəşəm hissdir"

09:33 - 28 Avqust 2023

"Yurqorden"də çıxış edən Musa Qurbanlı İsveç çempionatında qol hesabını açıb.

Sportal.az xəbər verir ki, 21 yaşlı forvard Allsvenskanın 21-ci turunun "Deqerfors"la matçında (4:1) 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Millimizin üzvü qarşılaşmadan sonra instaqram hesabında etdiyi paylaşımda azarkeşlərə təşəkkürünü bildirib:

"Fantastik azarkeşlərimizin qarşısında ilk qollarımı vurmaq necə də möhtəşəm hissdir. Əla dəstəyinizə görə hər birinizə təşəkkür edirəm".

Xəbər xətti