Futbol üzrə Xorvatiya çempionatında 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Riyeka"nı qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 61-ci dəqiqədə Antonio Marinin əvəzinə meydana daxil olub.
4 oyun keçirən "Dinamo" 7 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi