Araz Abdullayevin yeni komandasında debütü uğurlu alındı

11:57 - 28 Avqust 2023

Futbol üzrə Kosovo Super Liqasında 3-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin bir neçə gün öncə müqavilə imzaladığı "Lapi" səfərdə "Fuşe Kosova"nın qonağı olub. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Araz Abdullayev bu oyunda yeni komandasının heyətində debüt edib. 31 yaşlı vinger 84-cü dəqiqədə meydana daxil olub.

3 turdan sonra 6 xal toplayan "Lapi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti