"Dinamo" Praqa səfərində: Mahir ehtiyatda

20:04 - 31 Avqust 2023

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Avropa Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Sparta"nın qonağıdır.

Sportal.az xəbər verir ki, komandaların Praqadakı görüşdə meydana çıxacağı start heyətlər müəyyənləşib. Mahir qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.

"Sparta" - "Dinamo" matçı Bakı vaxtilə saat 21:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun Zaqreb təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti