Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

12:58 - 3 Sentyabr 2023

Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş Sadıq Bagiev Rusiyada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Kuban Holdinq"in 19 yaşlı yarımmüdafiəçisi "Tambov"a keçib. Gənc oyunçu 2023/2024 mövsümünü icarə əsasında II Liqa təmsilçisinin heyətində keçirəcək.

Klublar arasında imzalanan müqavilədə satınalma bəndi yoxdur.

Qeyd edək ki, Sadıq Bagiev Azərbaycanın U-18, U-19 və U-20 milli komandalarında çıxış edib.

Xəbər xətti