Türkiyə klubu millimizin hücumçusu ilə anlaşdı

15:12 - 3 Sentyabr 2023

"Qrasshopper"də çıxış edən Renat Dadaşov karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, 24 yaşlı forvard "Hatayspor"la anlaşıb. Bu barədə yerli media məlumat yayıb.

"Hatayspor"un azərbaycanlı forvard üçün İsveçrə klubuna 1 milyon avrodan bir az aşağı məbləğ ödəyəcəyi bildirilir. Millimizin üzvü bu həftə Türkiyəyə gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Renat Dadaşov 2022-ci il iyul ayında “Vulverhempton”dan “Qrasshopper”ə keçib. Onun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. 

Xəbər xətti