"Qarabağ"ın futbolçuları "Qalatasaray"ın qonağı oldular - FOTO

16:07 - 3 Sentyabr 2023

“Qarabağ”ın koordinatoru Aftandil Hacıyev və U-15 komandası “Qalatasaray”ın akademiyasını ziyarət ediblər.

Sportal.az xəbər verir ki, “Qalatasaray” akademiyasının koordinatoru Emir Kıvırçık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik Ağdam təmsilçisinin akademiyasının üzvlərini qəbul ediblər.

Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı barədə fikir mübadiləsi aparılıb.


Xəbər xətti