"Qəbələ"nin futbolçusu İlkin Qırtımov Azərbaycan Premyer Liqasının 5-ci turunun "Zirə" ilə matçından (1:0) sonra Sportal.az saytına açıqlama verib.
33 yaşlı müdafiəçi çempionatın lideri ilə görüşdə qazanılan qələbənin komandada ruh yüksəkliyi yaradacağını bildirib:
"Oyunun ağır olacağını gözləyirdik. Şükür ki, qələbə bizim oldu. Bundan sonra ardı gələcək. Liderlə oynamağın özü bizə ayrıca motivasiya verirdi. Yaxşı ki, oyun belə ağır keçdi. Bundan sonra komandada ruh yüksəkliyi yaranacaq".
Matç zamanı rəqib futbolçu Eldar Quliyevlə mübahisə edən Qırtımov bunun səbəbini açıqlayıb. Təcrübəli sağ cinah müdafiəçisi Eldarın hərəkətinə əsəbiləşdiyini deyib:
"Oyunda aqressiyanın olması normaldır. Onlarda da var idi, bizdə də. Hamımız qələbə qazanmaq istəyirdik. Sırf matçın gərginliyi idi, əlavə heç nə yox idi. Eldar gəncdir, hərəkətlərinə bir az diqqət etməlidir. Mən heç ondan gözləmirdim. Gəlib sinəmdən itələyir. Onu da başa düşmək olar. Bəlkə də oyunun gərginliyindəndir. Futbolun içində olan şeylərdir. Amma onun məni vurması pis təsir etdi. Mən də özümdən tez çıxıram. Bunu bilirəm. Şükür ki, özümü sakitləşdirə bildim. Eldarla daha sonra oyun zamanı görüşdük, bir-birimizi başa düşdük. Hər şey qaydasındadır".
Elçin Əlixan
saytlarin hazirlanmasi